Newscenter.az.21.06.2020. Birləşmiş Ərəb Əmirlikləri hökuməti tərəfindən Azərbaycana humanitar yardım edilib.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin verdiyi xəbərə görə, BƏƏ hökumətinin qərarı ilə koronovirusun (COVID-19) yayılmasının qarşısını almaq istiqamətində dəstək məqsədilə Azərbaycana 11 (on bir) ton tibbi ləvazimatlar və xəstələr üçün faraş kənd təsərrüfatı məhsullarından ibarət humanitar yardım göndərilib.
BƏƏ-dən göndərilən yardım iyunun 21-də Etihad Hava Yollarına məxsus karqo təyyarəsi ilə Azərbaycana yola salınıb.
Anar
Newscenter.az