Marketlərdə ərzaq qıtlığı yaşanırmı? - VİDEO

19:04 / 21.06.2020
1308

Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara əsasən 2 həftəlik sərt karatin rejimini elan olunduğu dövrdə İnsanlar 8103-ə sms göndərməklə 2 saatlıq icazə aldıqdan sonra yaşadıqı evi və ya olduqu yeri tərk edə bilərlər.

Bu dövrdə isə marketlər əvvəl olduğu qaydada heç bir fasilə vermədən əvvəlki iş rejimində fəaliyyətini davam etdirir.

Tədarükçülər sərt karantin rejimi qüvvəyə minməmişdən öncə mağazalarda məhsul ehtiyatlarını artırıblar. Marketoloq Pərviz Əzimovun sözlərinə görə, tədarükçülərin məhsul ehtiyyatlarını artırmaqda əsas məqsəd sərt karantin rejimi dövründə ərzaq məhsullarını marketlərə gətirən nəqliyyatda gecikmələr və ya hər hansı problemin yaşanmasıdı.

Qeyd edək ki, mağazalarda bütün gigiyenik qaydalara riayət olunur. Həmçinin mağazaların gişində dezinfeksiyaedici məhlullar qoyulub, maskasız vətəndaşlar mağazalara buraxılmır.

0
Realtv.az