Trampdan sensasion COVID-19 açıqlaması: Ağ Evdən təcili təkzib

DÜNYA
20:00 / 21.06.2020
1577

ABŞ Prezidenti Donald Trampın Tuslada keçirdiyi mitinq zamanı koronavirus testlərinin sayının azaldılması təlimatı barədə çıxışı ajiotaja səbəb olub.

Teleqraf.com xəbər verir ki, Tramp rəsmilərə testlərin sayının azaldılması barədə göstəriş verdiyini açıqlayıb.

"Çoxlu sayda test keçirsəniz, COVID-19-a yoluxanların sayının da çox olduğu aşkarlanacaq. Buna görə də rəsmilərə testlərin aparılma prosesini yavaşlatmağın lazım olduğunu söylədim", - deyə Tramp bildirib.

ABŞ prezidenti 25 milyon şəxsin koronavirus testindən keçdiyini və test sayına görə digər ölkələrdən qabaqda olduqlarını söyləyib.

Ağ Ev Trampın zarafat etdiyi barədə açıqlama yayıb. Ağ Ev rəsmisi ABŞ-ın test sayına görə liderlik etdiyini və ölkə başçısının zarafat etdiyini deyib.

0