Mərkəzi Bankdan “qara bazarı” dirçəldəcək QƏRAR

İQTİSADİYYAT
21:22 / 21.06.2020
1899

“Mərkəzi Bank kommersiya banklarına təlimat göndərib ki, 500 dollardan çox xarici valyuta alan şəxslər xüsusi blankı dolduraraq vəsaitin mənbəyi, alınma məqsədləri barədə məlumatlar, eləcə də özünə aid şəxsi məlumatları təqdim etməlidirlər.

20 min manat ekvivalentindən yüksək məbləğdə xarici valyuta alan şəxslər Maliyyə Monitorinq Xidmətinin nəzarəti altına düşəcək. Xarici valyuta əhilnin və biznesin yığım kimi istifadə edə biləcəyi aktivlərdən biridir. Onda hökumət belə eləsin: mənzil alan, maşın alan, müəssisə yaratmaq üçün sərmayə qoyan hər kəsdən vəsaitin mənbəyi tələb olunsun”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. R.Ağayev bildirib ki, məntiqi yanaşsaq, dollar almaqla mənzil almağın arasında fərq olmamalıdır:

“Hər ikisi aktiv deyilmi? Qanunsuz yolla qazandıqları para ilə məmur balasının 150 min dollarlıq maşın, 500 min dollarlıq villa tikəndə pulun mənbəyini sorğu-sual etməyə niyə ehtiyac olmasın ki? Siz belə fərqli yanaşmada məntiq görürsünüzmü? Yaxud eyni məntiqlə xaricdə övladının təhsilinə hər il 50 min dollar pul transfer edəndə də pulun mənbəyi niyə soruşulmasın ki? Bu qadağa və sərt nəzarətin ən böyül fəsadı “qara baza”rın dirilməsi ola bilər. Yüksək marja ilə qeyri-rəsmi valyuta alışının canlanma riski böyükdür”.

0
Cebhe.info