Ordumuz Şuşanı niyə vurmadı? - Zakir Həsənov açıqladı

SİYASƏT
09:03 / 22.06.2020
3221

Həmin vaxt bəziləri dedi ki, nazir Şuşadakı "andiçmə" ilə bağlı Prezidentin qarşısında məsələ qaldırmalı idi.

Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov REAL TV-yə müsahibəsində Qarabağdakı qondarma qurumun "inaqurasiyası" zamanı Azərbaycan Ordusunun Şuşanı vurmaması haqda danışarkən deyib.

“Cənab Prezident nə etmək lazım olduğunu məndən də, onlardan da yaxşı bilir. Həmin vaxt Prezidentin tapşırığı ilə Ordumuz planlı şəkildə irimiqyaslı təlimlərə başladı. Qısa müddət ərzində minlərlə əsgər, xeyli texnika təlimlərə cəlb edildi. Ermənilər təşvişə düşüb beynəlxalq qurumlara müraciət etməyə başladılar. Bunun özü də ermənilərin işğal siyasətinin beynəlxalq qurumlarda gündəmdə qalmasıdır. Onların general və siyasətçiləri başladılar çıxış etməyə və dedilər ki, Bakı bizə hədə-qorxru gəlir.

Hətta ABŞ-da hərbi mütəxəssislər dedilər ki, Azərbaycan Ordusunun təlimləri yeni üsullar, yeni taktikalarla həyata keçirilir. Erməni lobbisi də təşvişə düşüb, ermənipərəst senatorun vasitəsilə həm ABŞ Müdafiə Nazirliyinə, həm də Dövlət Katibliyinə müraciət edib demişdi ki, Azərbaycanı dayandırın. Bunu onlar görür, amma bəziləri görmür”, - nazir bildirib.

7
Axar.az