Kamil Zeynallının vəkili: "Ailəsi ilə danışıb və..."

ÖLKƏ
21:40 / 13.05.2020
1805

Məşhur idmançı Kamil Zeynallının vəkili Adəm Məmmədov danışıb.

Vəkil Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Kamil Zeynallı ilə danışmışam, hər şey qaydasındadır. Ailə üzvləri ilə danışıb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manatdan 200 manatadək inzibati cəza tətbiq edilə bilərdi.
Amma ən sərt cəza verilib, 10 gün müddətində həbs edilib. Hazırda Binəqədidə Müvvəqəti Saxlanılma Məntəqəsindədir.
Sabah Bakı Apellyasiya Məhkəməsində məhkəmə olacaq".

Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün 10 gün müddətində həbs edilib.

0