Gündə 500 yoluxma olsa... - Baş infeksionist

ÖLKƏ
16:53 / 22.06.2020
1476

“Gün ərzində 500-ə yaxın yoluxmanın olması həftəyə 3 000-ə qədər xəstələnmə deməkdir. Bu da səhiyyə sahəsinə ağır yükdür. Xəstəxanada yer baxımından çatışmazlıq ola bilər”.

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, qoyulan qaydalara ciddi əməl edilməlidir ki, bu sahə üzrə ixtisaslı həkimlər xəstəyə baxa bilməsi üçün yetərli sayda olsun:

“Hazırda başqa ixtisas sahələrinin mütəxəssislərini bu işə cəlb edirik. Bu gün üçün tətbiq edilən sərt karantin rejimi ilə xəstəliyin qarşısı alınmasa da, heç olmasa, yoluxma sayında azalmaya nail ola bilərik”. 

0
Musavat.com