Sahibkarların götürdüyü kreditlərin 10 fazini dövlət ödəyəcək

İQTİSADİYYAT
09:10 / 23.06.2020
2023

Dövlət 1 milyard manat kredit portfeli üzrə kreditlərin subsidiyalaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tutub.

Trend-in məlumatna görə, bunu açıqlamasında Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri Nuranə İbadova deyib.

Onun sözlərinə görə, sahibkarın götürdüyü kreditin 10 faiz bəndi Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına ödəniləcək. Sadə dildə desək, bir sahibkar 17 fazilə kredit götürübsə, həmin kreditin 10 faiz bəndi dövlət tərəfindən kredit təşkilatlarının hesabına ödəniləcək.

Sahibkarlara digər dəstək isə yeni kreditlərin verilməsidir ki, bu istiqamətdə 500 milyon manat ayrılacaq.

N.İbadova bildirib ki, bunula bağlı elektron platformanın yaradılması nəzərdə tutulur. Hazırda bu istimqamətdə işlər aparılır. Sahibkarla elektron platforma üzərindən müraciət etməklə, dövlət zəmanətli kreditlər ala biləcək.

Qeyd edək ki, pandemiya dövründə fəaliyyəti dayandırılan sahibkarlara ilk mərhələdə konpensasiyalar ödənilib. Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, pandemiyadan zərər çəkmiş fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramının icrası çərçivəsində 80 milyon manat yardım ayrılıb.

0