Müsavat başqanının müavininin qohumu koronavirusdan vəfat etdi

SİYASƏT
10:37 / 23.06.2020
2018

Müsavat Partiyasının başqanının müavini Səxavət Soltanlının dayısı koronavirusdan vəfat edib.

Bu barədə S.Soltanlı özü məlumat verib.

“Koronavirusdan dünyasını dəyişən 7 insandan biri mənim dayım idi. Son seçkilərdə müşahidəçi idi, seçki axşamı “Əsas odur ki, orda hər kəs bildi ki, qalib sənsən” demişdi. Təəssüf ki, özü həyat uğrunda günlərlə apardığı mübarizədə məğlub oldu. 2 oğlunun hər ikisi bir tikə çörək üçün Rusiyaya iş dalıyca getdiyi üçün atalarının dəfnində iştirak edə bilmədilər”- S.Soltanlı bildirib.

0