Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu 

ÖLKƏ
16:54 / 23.06.2020
1056

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq əlil arabasından qurtulub.

HİT.Az-ın məlumatına görə, Cavid Həsənlinin xəstəliyi 7 yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. 3-cü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda 4 dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub. Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.

0
Modern.az