Bugün Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 8-ci kilometr qəsəbəsində yerləşən və “Vosmoy bazarı” kimi tanınan ticarət mərkəzində reyd keçirilib.
Baku.TV xəbər verir ki, reyd zamanı satıcı və sahibkarların işləmək üçün arayışının olub-olmaması yoxlanılıb.
Həmçinin, karantin rejiminə uyğun olaraq, qaydalara əməl olunması və tibbi maskalardan istifadə tövsiyə olunub.
Reyd zamanı bazara gələn müştərilərin müvafiq icazələrinin olub-olmaması da yoxlanılıb.
Bu cür yoxlamalar paytaxtın bütün ərazilərində - insanların sıx olduğu yerlərdə mütəmadi olaraq davam etdiriləcək.
Ətraflı videosüjeti təqdim edirik: