Koçaryan Sarkisyanla görüşdü - Paşinyana qarşı ittifaq?

18:58 / 24.06.2020
1283

Ermənistanın həbsdən azad edilmiş keçmiş prezidenti Robert Koçaryan üçüncü prezident Serj Sarkisyanla görüşüb.

Bu barədə “Hraparak” nəşri yazıb.

Bildirilir ki, həbsdən çıxandan sonra R.Koçaryan keçmiş həmkarı və tərəfdarları ilə görüşüb. Sabiq prezidentlər ölkədəki mövcud vəziyyət və müxalifətin birliyi məsələsini müzakirə ediblər.

“Keçmiş prezidentlər arasındakı münasibətlər olduqca mürəkkəbdir, lakin onlar fikir ayrılıqlarını aradan qaldırmalı və birgə fəaliyyət planı hazırlamalı olduqlarını, eyni zamanda müxalifətin birliyinə nail olunmasının vacibliyini başa düşürlər. Dövlət üçün dağıdıcı ola biləcək bir şəxsin hakimiyyətinin qurulması prosesini dayandırmağın yeganə yolunun məhz bu olduğunu dərk edirlər", - deyə nəşr vurğulayıb.

Bundan başqa, R.Koçaryanın müxalifət liderləri və vaxtilə yüksək vəzifələrdə çalışmış sabiq məmurlarla telefon danışığı apardığı da qeyd olunub.

R.Koçaryanın ofisindən isə mövzunu şərh etməyiblər.

0
Virtualaz.org