Səhiyyə naziri TƏBİB sədrinin əmrini geri oxuyub? – AÇIQLAMA

ÖLKƏ
15:35 / 24.06.2020
1777

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev vəzifəsinin başındadır.

HİT.Az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Tibbi Ərazi Bğölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

R.Əliyeva qeyd edib ki, baş həkim R.Nağıyevin vəzifəsindən kənarlaşdırılması və yenidən bu vəzifəyə qaytarılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, yayılan məlumatlarda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən kənarlaşdıraraq, onun yerinə Cavanşir Fərəcovu təyin etdiyi iddia edilir. Həmçinin, təcili yardımın səlahiyyətlərinin yenidən nazirliyə həvalə olunmasından sonra Səhiyyə naziri Oqtay Şirəliyevin təyinata etiraz edərək, Rauf Nağıyevi yenidən əvvəlki vəzifəsinə qaytardığı bildirilir.

0