Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümünü münasibətilə Şahdağ zirvəsinə “Bir əsr Vətən keşiyində” adlı alpinizm ekspedisiyası təşkil olunub.
Müdafiə Nazirliyindən HİT.Az-a verilən məlumata görə, ekspedisiya çərçivəsində Hərbi Hava Qüvvələrinin zabitləri polkovnik-leytenant Zal Nəbiyev və baş leytenant Ülvi Məmmədli, həmçinin Azərbaycan Alpinizm Federasiyasının alpinisti Nemət Ağayev Quba rayonu ərazisindəki Şahdağ zirvəsinə yürüş ediblər.