Bir müddətdir ki, Əmkdar artist Bəhram Bağırzadənin 90 faizdən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar. Həkimlər onun koronavirus pandemiyasına yoluxduğunu deyirlər. Bu dəfə isə B.Bağırzadəyə ağciyər köçürülməsi gündəmə gəlib.
Bəs görən transplantasiya nə vaxt həyata keçiriləcək?
HİT.Az xəbər verir ki, Moderator.az-ın sualını Bəhramın yaxın dostu, Əməkdar artist Tahir İmanov cavablandırıb və deyilənlərin şayiə olduğunu bildirib:
“Bəhrama ağciyər transplantasiyası ilə bağlı yayılan xəbərlər yalandı, şayiədir. Bu, bizim bəzi həkimlərin fikri və rəyidir, amma yalan söhbətdir. Bəhramın vəziyyəti cüzi şəkildə yaxşılığa doğru gedir. Yüksək dinamika var və biz buna şükür edib, sevinirik”.
Qeyd edək ki, Tədris Cərahiyyə Klinikasının dosenti Ədalət Rüstəmov mətbuata açıqlamasında B.Bağırzadənin hazırkı durumunda ona ağciyər köçürülməsinin mütləq olduğunu bildirmişdi.