Handı Harmancı Qubaya səfərindən danışdı: Həmin gün...

ÖLKƏ
17:40 / 25.06.2020
1585

“Rayonlara gediş-gəlişə bağlı icazə verilib-verilməməsi hökumətin qərarıdır”.

HİT.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

ÜST rəsmisi Qubaya səfər etməsindən də danışıb:

“Həmin gün rayonda qadağa yox idi. Həm də mən insanların arasında deyildim”.

Xatırladaq ki, H. Harmancı iyunun 13-də Quba və Qusar rayonlarına səfərə getmişdi, bu da vətəndaşların müzakirəsinə səbəb olmuşdu. O, bununla bağlı üzr istəmişdi: “Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

0