Koronavirus zehni sağlamlığa zərbə vurur - BMT-dən çağırış

DÜNYA
19:25 / 14.05.2020
1237
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş gərginlik yaradan bir bəyanatla çıxış edib.

Hit.Az-ın xəbərinə görə, o, yeni koronavirusun insan sağlamlığına yalnız fiziki deyil, həm də psixoloji cəhətdən təsir etdiyini bildirərək, hökumətləri epidemiya ilə mübarizədə zehni sağlamlıq xidmətlərini artırmağa və maliyyələşdirməyə çağırıb.
 
O, yaxınlarının və iş yerlərinin itirilməsi, karantin və hərəkətliliyin məhdudlaşdırılması və gələcək üçün narahatlıq kimi səbəblərin zehni sağlamlığa təsir göstərə biləcəyinə işarə etdi.
Covi-19 epidemiyasının stressi artdığını və tibb işçilərinə, yaşlılara, sağlamlıq problemləri olanlara, böhran və müharibə bölgələrində yaşayanlara daha pis təsir etdiyini bildirən Quterreş, epidemiya nəzarət altına alınsa belə, ağrı, narahatlıq və depressiyanın ayrı-ayrı şəxslərə və icmalara təsir edəcəyini qeyd edib.
 
Baş katib hökumətlərə səslənərək, əqli sağlamlıq xidmətlərinə daha çox investisiya qoyulmalı və universal tibbi sığortaya daxil edilməli olduğunu vurğulayıb..
0