Rusiya ilə sərhədlər nə vaxt açılacaq? – Qərar

DÜNYA
16:36 / 26.06.2020
2015

Avropa İttifaqı Rusiyanı iyulun 1-də sərhədlərinin açılacağı ölkələr siyahısına daxil edə bilməyəcək.

Bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu mövqe Rusiyadakı koronavirusla bağlı vəziyyətlə izah olunur:

“Fakt budur ki, hazırda Rusiyadakı epidemioloji vəziyyət onun vətəndaşları üçün iyulun 1-də sərhədləri açmaq mümkün olan ölkələrin ilk siyahısına daxil etməyimizə imkan vermir. Bu normaldır, çünki orada virus indi aktivləşir, bunun üçün Rusiyaya daha çox vaxt lazımdır. Virus orada Avropa ölkələrinə nisbətən daha gec yayıldı”.

0
Teleqraf.com