Azərbaycanda doğum azalıb, ölüm çoxalıb: Səbəb nədir? (EKSPERT)

İQTİSADİYYAT
11:00 / 27.06.2020
1380

"Əhalini təbii artımı azalır".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, rəsmi statistik məlumata görə, bu ilin yanvar-aprel aylarında ölkə üzrə doğum ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% azalıb:

"2019-ci ilin ilk 4 ayında doğum səviyyəsi 44,7 min nəfər olduğu halda 2020-ci ilin analoji dövründə bu göstərici 34,8 min nəfərə düşüb. Doğumun azalması fonunda ölüm halları 1,9% artıb. Əvvəlki illə müqayisədə bu il ölənlərin sayı 387 nəfər çox olub".

Ekspert ölüm hallarının artımını pandemiya ilə əlaqələndirib:

"Ancaq doğumun heç bir halda qlobal bəla ilə əlaqəsini tapmaq mümkün deyil. Çünki övlad dünyaya gətirilməsinin planlanması pandemiya barədə anlayışın olmadığı dövrə düşür. Bəs, bu azalma nə ilə bağlıdır? Doğumun azalması, ölümün artması nəticəsində ölkə üzrə təbii artım 42% azalıb. Təəssüf ki, pandemiya təbii artıma neqativ təsirini (məsələn, toyların təxirə salınması) gələn ilin əvvəllərində görə biləcəyik. Ən azı nikahların 25% azalması bunu deməyə əsas verir.

Məlumat üçün bildirim ki, doğulanların 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarıdır. Balansın oğlanların xeyrinə pozulması da gələcək üçün başqa bir böhrandır".

Samir Əliyev sonda boşanmaların 23% azaldığını qeyd edib.

0