İpoteka kreditlərinin 5-6 faiz intervalına qədər endirilməsi mükündür - AÇIQLAMA

İQTİSADİYYAT
20:34 / 27.06.2020
1263

"Bizim qiymətləndirmələr göstərir ki, aylıq ipoteka kreditləri üzrə faiz dərəcələrinin 5,5 faizə qədər, daha doğrusu, 5-6 faiz intervalına qədər endirilməsi mükündür. Çünki, praktik olaraq İpoteka Fondunun istiqraz öhdəlikləri və bankların gəlirliliyini nəzərə alsaq, birinci mərhələ üzrə aylıq ipoteka kreditlərinin 6 faizə qədər endirilməsi məqsədəuyğun olardı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, pandemiyanın təsirlərini minimumlaşdırmaq üçün tətbiq edilən iqtisadi paketə əsasən ipoteka kreditləşməsinə ayrılan vəsait həcminin artırılması nəzərdə tutulur:

"Artıq bununla bağlı qərar var və bununla daha çox vəsaitin kreditləşməsi həyata keçirilə bilər. Burada əsas məqsəd inşaat sektorunda canlanmanın yaranmasına nail olmaqdan ibarətdir. Nəzərə alsaq ki, inşaat sektorunda məhsulluluğun təmin edilməsi vacibdir. Bu konteksdən də müvafiq istiqamətdə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Bütövlükdə, ipoteka kreditlərinin faizləri, xüsusilə də, aylıq ipoteka kreditləri üzrə müvəkkil bankların təsiri daha çoxdur. Nəzərə alsaq ki, qanunvericiliyə əsasən İpoetaka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə maksimum faiz müəyyənləşdirlir. Aylıq ipoteka kreditləri üzrə maksimum faiz 8 faizdir. Müvəkkil banklar öz xərclərinə uyğun olaraq kredit faizlərini tənzimləmək imkanına malikdir. Nəzərə alsaq ki, İpoteka Fondu tərəfindən illik orta hesabla 3 faizlə istiqrazların yerləşdirilməsi də həyata keçirilir. Bu o deməkdir ki, aylıq ipoteka kreditləri üzrə faizlər elə olmalıdır ki, həmin iş faizinin ödənilməsi üzrə müvəkkil bankların gəlir əldə etməsi də mümkün olsun".

Millət vəkili bildirib ki, qiymətləndirmələr nəticəsində aylıq ipoteka kreditləri üzrə faiz dərəcələrinin 5,5 faizə qədər, daha doğrusu, 5-6 faiz intervalına qədər endirilməsi mükündür:

"Çünki, praktik olaraq İpoteka Fondunun istiqraz öhdəlikləri və bankların gəlirliliyini nəzərə alsaq, birinci mərhələ üzrə aylıq ipoteka kreditləri üzrə 6 faizə endirilməsi məqsədəuyğun olardı. Bu müvəkkil banklara gəlir əldə etmək imkanı verəcək. Daha sonra isə paketin genişlənməsi fonunda daha 0,5 faiz, yəni, 5,5 faizə qədər kredit faizlərinin endirilməsi məqsədəuyğun olardı. Güman edirik ki, banklar tərəfindən kredit faizlərinin bu həddə endirilməsi onların gəlirliliyinə təsir göstərməyəcək. Əslində bu imkan verəcək ki, banklar ipoteka kreditlərinin verilməsindən gəlir əldə edə bilsin. Eyni zamanda, bu imkan yaradacaq ki, vətəndaşlarımız daha ucuz faizlə kredit götürə bilsinlər. Məqsədəuyğun olardı ki, ipoteka kreditləri üzrə faiz dərəcələri müvəkkil banklar tərəfindən yenidən baxılıb vətəndaşlarımız üçün müəyyən güzəştin tətbiq olunması həyata keçirilsin".

0
Sia.az