İkinci 190 manat bu yolla veriləcək, banka getməyin (RƏSMİ)

ÖLKƏ
13:04 / 27.04.2020
2050

"Vətəndaşların ikinci ayıın ödənişini almaq üçün banklara getməyə ehtiyac yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı işsiz vətəndaşlara 190 manat birdəfəlik yardımın ikinci ayının verilməsindən danışarkən deyib.
 
Fazil Talıblı 190 manat alacaq işsiz vətəndaşların banklara getməyinə gərək olmadığını bildirib:

"Onların hər biri ilə əlaqə saxlanılacaq, hansı banka yaxınlaşmalı olacaqları və bank kartının əldə edlməsi ilə bağlı məlumat verəcəklər. Tələsməsinlər, səbirli olsunlar. Hər bir vətəndaşın adına bank hesabı açılacaq". 

Fazil Talıblı qeyd edib ki, 190 manat alacaq işsiz vətəndaşlarla bağlı artıq bank kartları sifariş verilib".

0