Parkinson xəstəliyindən əziyyət çəkən aktyor: "Dilənçi vəziyyətinə düşə bilərəm"

MƏDƏNİYYƏT
10:00 / 28.06.2020
1671

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev "Elgizlə izlə" verilişində qonaq olub.

Allahverdi Yolçuyev maddi vəziyyətinin pis olduğunu açıqlayıb:

"Dilənçi vəziyyətinə də düşə bilərəm. Mən 40 ildir ki, bu sənətdə külüng çalıram. Uşaq verilişlərindən tutmuş, film səsləndirməyə qədər və s. Bu, mənim işimdir, bununla öyünməməliyəm. Bütün aktyorlar əziyyət çəkirlər. Bu xəsətlik keçmir və sinir sistemi ilə əlaqəlidir. Çünki baş-beyin işləməyəndə sinir sistemi də çalışmır. Hazırda heç yerdən pul qazanmıram, təqaüd belə almıram. Mən uşaq vaxtından göyərti də satıb, ailəmi saxlamışam. Bundan utanmıram, oğurluq etməmişəm ki. Amma indi işləyə bilmirəm, əllərim xəstəliklə bağlı əsməyə başlayır. Teatrda işləyə, toyda "tamada"lıq edə bilmirəm.

Dörd qızım var, ikisi evli, ikisi isə subaydır. Beş nəvəm var və bizimlə yaşayırlar. Evim də, bağ evim də var".

0
Teleqraf.com