Türkiyədə nazirlik hotellərlə bağlı qərar verdi

DÜNYA
00:51 / 15.05.2020
1431

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi çimərliklər və hotellərin fəaliyyəti ilə bağlı yeni qərar qəbul edib.

Hotellər qonaqları sosial məsafə qaydalarını gözləməklə qəbul edəcək. Çimərlik və hovuz dəsmalları qonaqlara bağlı paketlərdə, yaxud heyət tərəfindən təqdim ediləcək. Yemək masaları arasında 1,5 metr və yan-yana stullar arasında 60 santimetr məsafə olacaq.

Heyət növbələri dəyişməyəcək.

Qonaqlar hərarəti yoxlandıqdan sonra buraxılacaq. Bundan başqa girişdə dezinfeksiya döşəyi səriləcək və əllərə dezinfeksiyaedici məhlullar vurulacaq.

Tələb olunsa, qonaqlara maska və əlcək veriləcək.

Mümkün qədər əlaqə olmadan ödəniş alınacaq.

Liftlər sosial məsafə qaydalarına uyğun istifadə ediləcək.

Uşaqlar üçün ayrılmış oyun meydançaları, uşaq klubu, əyləncə parkı və uşaq bağçası kimi bölmələr istifadəyə verilməyəcək.

Gimnastika və idman zalı kimi bölmələr istifadəyə verilərsə, rezervasiya sistemi ilə işləyəcək.

Bütün işçilərə epidemiya və gigiyena mövzusunda xüsusi təlimlər veriləcək.

İşçi heyətin geyimlərinin gündəlik gigiyenası təmin ediləcək.

İşçilər maska, üzlük və əlcək geyəcəklər. Eyni növbədə mümkün qədər eyni heyətin işləməsinə diqqət göstəriləcək.

 

0
Publika.az