Göydələndə meyvə və tərəvəzlər yetişdiriləcək

DÜNYA
14:52 / 28.06.2020
1145

Almaniya memarları Aqneşka Praybiş və Piter Sandxaus birgə hazırladıqları “Green 8” göydələninin layihəsini Berlinin şərq hissəsində həyata keçirməyi planlaşdırırlar.

Memarlar binaya “şaquli ev-bağ” şərti adını veriblər. Layihə müəllifləri həm də iddia edirlər ki, bununla onlar əhalinin mənzil problemini həll etməklə yanaşı, təbiətlə yaxından təmaslarına da şərait yaratmış olurlar. Göydələn formaca 8 rəqəmini xatırladır.

Binanın daxilində gül, meyvə və tərəvəzlərin yetişdirilməsi üçün bağça və parniklərin salınması planlaşdırılır.

Bundan əlavə, bina sakinlərinin sağlamlığı məqsədilə idman zalı və hovuz da inşa olunacaq.

0
Modern.az