BP qlobal neft-kimya biznesini satır

İQTİSADİYYAT
16:25 / 29.06.2020
1296

Böyük Britaniyanın BP şirkəti öz qlobal neft-kimya biznesini 5 mlrd. ABŞ dolarına "Ineos" şirkətinə satır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, razılaşdırılmış saziş BP yeniləməsində şirkətin balansını gücləndirəcək növbəti strateji addımdır.

Razılaşmaya əsasən, "Ineos" öncədən 400 mln. dollar, sövdələşmə bağlandıqdan sora isə 3,6 mlrd. dollar ödəyəcək. Qalan 1 mlrd. dolları şirkət hissələrlə 2021-ci il ərzində təmin edəcək.

Tərəflər sövdələşməni bu ilin sonunadək bağlamağı planlaşdırır.

0