Əli Hüseynlinin federasiyası fəaliyyətini dayandırdı

ÖLKƏ
17:22 / 29.06.2020
855

Azərbaycanda daha bir Federasiya fəaliyyətini dayandırıb.

HİT.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə,  Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin rəhbəri olduğu Azərbaycan Peyntbol Federasiyası bir müddətdir ki, fəaliyyət göstərmir. Qurumun fəaliyyətini dayandırmasına səbəb maliyyə problemi olub.

Xəbəri Federasiyanın vitse-prezidenti Nadir Adilov təsdiqləyib.

0