Yeni virus daha bir pandemiyaya səbəb ola bilər

DÜNYA
12:53 / 30.06.2020
1410

Çinli alimlər yeni bir pandemiyaya səbəb ola biləcək donuz qripinin əvvəllər bilinməyən yeni növünü kəşf ediblər.

 “RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın “Proceedings of the National Academy of Sciences” jurnalında məlumat verilib.

Sözügedən virusun 2009-cu il pandemiyasına səbəb olan (H1N1) pdm09 virusunun genlərini daşıdığı məlum olub. G4 EA H1N1 adlandırılan yeni virusun 2016-cı ildən etibarən donuz populyasiyalarında geniş yayıldığı qeyd olunub.

Mütəxəssislər virusun yaxın gələcək üçün təhdid olmadığını, lakin insanlara yoluxma riski daşıdığını və pandemiyaya çevrilməməsi üçün diqqətlə izlənilməli olduğunu bildirib.

1
Qafqazinfo.az