Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması gözlənilir.
Bu barədə Oxu.Az-a Milli Məclisdəki mənbə məlumat verib.
MSK-nın tərkibi 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.
Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.
Mənbə bildirib ki, MSK-nın yenidən formalaşmasına bir qayda olaraq Milli Məclisin yaz sessiyasında baxılır.