"Zirə" baş məşqçisi ilə yollarını ayırdı

İDMAN
22:08 / 30.06.2020
1331

Azərbaycan Premyer Liqasında mövsümlərarası fasiləsinin ilk baş məşqçi istefası gerçəkləşib.

Hit.Az Apasport.az-a istinadən bildirir ki, Bakının "Zirə" klubu baş məşqçi Zaur Həşimovla yollarını ayırıb.

Klub rəhbərliyi və gənc çalışdırıcı arasında görüş keçirilib. Toplantı zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.

Həşimov 2019/20 mövsümünün I dövrəsindən sonra "Zirə"nin baş məşqçisi təyin olunub. O, bu postda Samir Abasovu əvəzləmişdi.

Qəsəbə təmsilçisi Həşimovun rəhbərliyi altında 16 oyun (13 çempionat və 3 kubok) keçirib. Bu matçlarda 6 qələbə qazanıb, 4 heç-heçə edib və 6 dəfə uduzub. Onun yetirmələri 24 qol vurub və 28-ni buraxıb.

Qeyd edək ki, "Zirə" başa çatan mövsümdə Azərbaycan Premyer Liqasını 5-ci pillədə başa vurub, yarımçıq qalan ölkə kubokunda yarımfinalçı olub.

Milli.Az

0