Televiziya vasitəsilə You Tube-u izləyənlərin sayı açıqlandı

TEXNO
22:43 / 30.06.2020
1533

Məşhur video yayım platforması olan YouTube son paylaşdığı məlumatla istifadəçilərin telefonlardan uzaqlaşaraq böyük ekranlara üstünlük verdiyini bildirib.

Şirkət ABŞ-da 100 milyondan çox insanın televiziya üzərindən YouTube-a daxil olduğunu söyləyib.

Həmçinin televiziyaya baxma müddəti əvvəlki ilə nisbətən 80% artdığı halda, canlı məzmuna baxma sürəti 2019 ilə müqayisədə 250% artıb.

Onu da bildirək ki, Google uzun müddətdir istifadəçiləri daha böyük ekranlara yönəldir. Hazırda ortaya çıxan məlumatlara baxsaq, Google-ın səyləri öz bəhrəsini verib. Ancaq əslində koronavirusa görə evdə qalan bir çox insan televizor istifadəsinin artmasında da mühüm rol oynadı.

YouTube, həmçinin bu epidemiya zamanı istifadəçilərin baxış vərdişlərinin necə dəyişdiyini də bizimlə bölüşüb. Videolara baxış sayında mart ayının ortalarından may ayının sonuna qədər 400% artım olub. Yemək hazırlama videoları keçən ilə nisbətən 45% artım izləsə də, ev məşq videolarında mart ayının ortalarından bəri 200% artım müşahidə edilib.

0
Ted.Az