Azərbaycanda 4 milyonluq yeni KOOPERATİV YARADILDI

İQTİSADİYYAT
11:29 / 01.07.2020
1404

Azərbaycanda “Azorganik” Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativi yaradılıb.

Hit.Az Banker.az-a istinadən xəbər verir ki, şirkət cari ilin 13 mayında dövlət qeydiyyatına alınıb.

Məlumata əsasən, Kooperativin nizamnamə kapitalı 4 075 585 manat təşkil etməklə, qanuni təmsilçiliyi Osmanlı Faiq Yunis oğlu edəcək.

Kooperativin hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai Rayonu, Sabit Orucov ev.17C, məh.1188 m.455-dir.

0