Əməkdar artist Abbas Bağırovun ailəsində ağır itki üz verib.
Müğənninin 93 yaşlı nənəsi Minarə xanım dünyasını dəyişib.
"93 yaşın olsa belə sənin hər zaman deyib-gülməyin, zarafatların o yaşı bildirmirdi. Mənim gözəl Minarə nənəm, bu səhər belə xəbər eşitmək istəməzdim. Dünən özün bilə-bilə hamımızla sağollaşdın və bu gün dünyanı dəyişdin" deyə, Abbas bildirib.
Qeyd edək ki, Abbas nənəsi ilə tez-tez videolar paylaşır, verilişlərə çəkilirdi.
Axsam.az