İlham Əliyev 3 DİN əməkdaşına general rüstbəsi verdi (SƏRƏNCAM)

ÖLKƏ
15:16 / 01.07.2020
3582

Prezident İlham Əliyev 2 iyul – Polis günü bayramı ilə bağlı sərəncam imzalayıb. 

HİT.Az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazirliyin rəhbər heyətində təmsil olunan 3 nəfərə general rütbəsi, 26 nəfərə isə müxtəlif dövlət mükafatları verilib:

“Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimova general-leytenant rütbəsi verilib. Nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Teymur Hacıyevə isə polis general-mayoru rütbəsi verilib”.

1