Teslanın bütün dünyadan gizlətdiyi 5 kəşfi

DÜNYA
21:46 / 01.07.2020
2527

Əgər dahi fizikin o kəşfləri qalsaydı və inkişaf etdirilsəydi biz indi başqa bir dünyada yaşamışı olardıq. Lakin o, özü öz əlləri ilə beyninin məhsulu olan, dünyanın taleyini dəyişəcək , bizi 100-200 il qabağa apara biləcək o kəşfləri məhv etdi. Səbəb ixtiralarının həddən artıq möhtəşəm olması və ölüm silahı kimi istifadə edilməsindən qorxu idi. Bəzi ixtiraları isə neft maqnatları tərfindən məhv edildi, üzə çıxarılmasına imkan yaradılmadı.

Bizimyol.info dünyanın ən dahi fiziklərindən olan Nikola Teslanın 5 sirli ixtirası barədə məlumatı təqdim edir:

Ölüm şüası

Nikola Tesla iddia edirdi ki, o 1930-cu ildə “ Tele Forse” adlanan ölüm şüasını kəşf edib. Onun yaratdığı qurğu intensiv enerji şüasını lazımi nöqtyə yönəltməklə düşməni məhv edə bilərdi. 322 kilometr radiusda var olan bütün canlıları yandırmaq qabiliyyətində olan şüa yayan qurğunu Tesla özü çəkiclə sındırıb, layihələrini də yandırdı.

Süni zəlzələ qurğusu

1998-ci ildə Tesla yaşadığı binanı yerindən tərpətməyi, hətta az qala dağıtmağı bacaran silkələyici qurğu düzəltdiyini iddia etdi. Bu qurğu istənilən ərazidə süni zəlzələ yarada bilirdi.Öz ixtirasının dağıdıcı gücünü görən alim onun insanlıq üçün fəlakətə dönəcəyini düşünərək, ixtirasını məhv etdi.Bəzi ekspertlərin fikrinə görə, Teslanın bu ixtirası ABŞ hökumətinin əlinə keçib və hələ də Alyaskada istifadə olunmaqdadır.

Hamı üçün pulsuz elektrik – Vordenklif qülləsi

1901-1902-ci illərdə Tesla JP Morgan şirkətinin maliyyə yardımı ilə Nyu- Yorkda elektrik xətləri olmadan enerji ötürməyi bacaran nəıhəng Vordenklif qülləsini tikdi. Morqan hesab edirdi ki, qüllə bütün dünya ilə xətsiz rabitə imkanı verəcək. Tesla isə onu pulsuz elektrik paylamaq üçün düşünmüşdü. Bu qüllə həmçinin Atlantik okean üzərindən İngiltərəyə, açıq dənizdəki gəmilərə telefon danışıqlarını ötürmək imkanı verəcəkdi.Yəni indiki texnologiyaların verdiyi imkanı 100 il öncə dahi fizik yaratmağı bacarmışdı.Lakin onun bu ideyası şirkət rəhbərlərinin xoşuna gəlmədi. Cəmiyyətin kömür və neftə ehtiyacı olmadan, elektriki də havayı əldə etmək imkanı bir çox milyarderləri narahat etdi və layihə 1906-cı ildə yarımçıq dayandırıldı.

Uçan boşqab

Nikola Tesla 1911-ci ildə “The New York Herald” qəzetinə Yerin cazibə qüvvəsinə tabe olmayan uçan aparat üzərində işləməsi barədə məlumat vermişdi.

“Mənim aparatımızn qanadları və propelleri olmayacaq. Onu yerdə görsəniz uça biləcəyini ağlınıza gətirməyəcəksiz. Bununla belə o, istənilən istiqamətə çox böyük sürətlə uça biləcək.Hava boşluqları ona təsir göstərməyəcək.Havada istənilən qədər asılı qala biləcək,hətta güclü küləklər belə ona təsir etməyəcək.Bu aparat digər uçan qurğulardan fərqli olacaq”,- deyə alim bildirmişdi.

Azad enerjidən istifadə edəcək bu qurğunun taleyi də neft maqnatlarının qurbanına çevrildi.

Çox sürətli drijabl

Tesla elektrik cazibə qüvvəsinə malik drijabllarla yer səthindən 13 km yüksəkdə Nyu- Yorkdan Londona 3 saata uçmağın mümkünlüyünü iddia edirdi. O drijablının enerjini bir başa atmosferdən alacağını, yanacaq doldurmaq üçün dayanmaq ehtiyacı hiss etməyəcəyini demişdi.Bu layihə də özünə maliyyə tapa bilmədi. Bəzi nəzəriyyəçilər FTB-nin bu layihələri ələ keçirdiyini qeyd edirlər.

 

0