Tanınmış aparıcıya vəzifə verildi

ÖLKƏ
16:13 / 01.07.2020
1466

Xəzər Televiziyasının keçmiş aparıcısı Vamiq Nəsirov yeni işə başlayıb.

HİT.Az xəbər verir ki, bu barədə Vamiq Nəsirov özü bildirib.

“Bu gündən Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işə başladım. Mənə göstərilən bu etimad üzərimə həm də böyük məsuliyyət qoyur. Siz dəyərli dostlarımın dəstəyi ilə bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyimə inanıram”.

1