"Sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində guya vəziyyətin gərginləşməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur, uydurma və həqiqətə uyğun olmayan məlumatdır".
BunuOxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunur ki, azırda cəbhə bölgəsində vəziyyət sabitdir. Bu kimi xəbərlər düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır.