Azərbaycanda bank sədri HƏBS EDİLDİ - FOTO

ÖLKƏ
20:33 / 01.07.2020
5238

“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

Hit.A xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bankın sahibini saxlayıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

“Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.

Əlavə məlumat veriləcək.

2