Türkiyə otelləri yeni mövsümdə xüsusi qaydalarla fəaliyyət göstərəcək.
Bunu Türkiyənin Turizm naziri Mehmed Ərsoy deyib.
Onun sözlərinə görə, yalnız sağlamlıq sertifikatı alan otellər fəaliyyət göstərə biləcək.
Yeni qaydalara əsasən, otellər yalnız otaqlarının yarısından istifadə edəcək, əməkdaşlarını hər gün tibbi müayinədən keçirəcək, restoranlarda insanlar arasında məsafənin saxlanılması üçün stulların sayı azaldılacaq, “İsveç stolu”ndan tamamilə imtina olunacaq.
Bundan başqa çimərliklərdəki şezlonqların da sayı azaldılacaq. // Axar.az