Braziliyada ötən həftə təhsil naziri vəzifəsinə təyin olunan Karlos Alberto Dekotelli iş başında olduğu beçinci gün istefa verib.
Bu barədə “Hürriyet” yazıb.
Təhsil nazirinin istefasına tərcümeyi-halında göstərilən məlumatların yanlışlığı səbəb olub.
Belə ki, K.Dekotellinin tərcümeyi-halında Argentina və Almaniyada doktorluq dərəcəsi müdafiə etdiyi göstərilsə də, əslində belə olmadığı üzə çıxıb.
Oxu.az