Rusiyanın Rostov-Don şəhərinin səmasında “S7” və “Emirates” aviaşirkətlərinə məxsus sərnişin təyyarələri toqquşma təhlükəsi ilə üzləşiblər.
Vesti.ru təyyarələrin qəzadan son anda yan keçməsinin videogörüntüsünü paylaşıb.
“Airbus A320” və “Boeing 777” təyyarələri bir-birinə təhlükəli məsafəyə yaxınlaşıblar.
Uçuş zamanı təyyarələrin arasındakı minimal məsafə 10 min metr olmalıdır, lakin sözügedən hava gəmiləri bir-birinə 7,2 min metrə qədər yaxınlaşıblar, hündürlük fərqləri isə cəmi 150 metr olub.
Xoşbəxtlikdən, qəza baş verməmiş pilotlar təyyarələrin istiqamətini dəyişə biliblər.
Oxu.az