Bir neçə gün öncə, "Real"ın sabiq futbolçusu Edvin Konqo narkotika alverinə görə ispan polisi tərəfindən saxlanılıb.
44 yaşlı keçmiş hücumçu hazırda nəzarət altındadır. Narkotika, içki, qumar və bunun kimi digər zərərli vərdişlərin aludəçisi olub, futbol üzrə çıxış edən şəxslər bu səbəbdən karyerasına da böyük zərbə endiriblər. Təbii ki, hər zaman bu onların sənətinə kölgə salmasa da, ictimaiyyət tərəfindən bilinməsə də, çox zaman yollarında əngəl olub.
Cebhe.info zərərli vərdişlərə aludə olan həmin idman cameəsinin nümayəndələri barədə araşdırma edib.
Bakının "Neftçi" klubunun əfsanəvi hücumçusu mərhum Anatoli Banişevski də zərərli vərdişdən əzyyət çəkib. Hətta həyatının son illərində həm xəstəliyi, həm də spirtli içki qəbul etməsi səbəbindən tanınmaz hala da düşüb, tədricən yaddaşını itiribmiş.
Millimizin sabiq üzvü Vaqif Cavadovun da adı bir zamanlar qumarda hallanıb. Hətta onun bu səbəbdən müflis olduğu, evini də satdığı iddia edilir.
İrlandiya milli komanadasının və “Mançester Yunayted”in keçmiş futbolçusu Qilesspi Kit qumara görə, 7 milyon funt-sterlinq itirib və miflis olub. Daha sonra oyunçu bu haqda “Necə varlı futbolçu olmamaq lazımdır?” adlı kitab yazıb.
İngiltərə millisinin sabiq futbolçusu Kenni Sansom futbol karyerasını bitirdikdən sonra biznes qursa da, işləri yolunda getməyib. Bundan sonra o, spirtli içkiyə və qumara qurşanıb. Müflis olan oyunçu 2014-cü ildə evsiz qalıb, hətta inihara əl atıb.
Lakin onun həyatını xilas ediblər.
İspaniyanın "Real" (Madrid) futbol klubunun keçmiş oyunçusu, 2005-2006 mövsümündə Zidan, Raul, Karlos, Quti və Bekhem kimi əfsanəvi futbolçularla bir heyətdə forma geyən Tomas Qravesen də qumara qurşanıbmış.
Argentina yığmasının sabiq kapitanı, sonra baş məşqçisi, müasir futbolun yaşayan əfsanələrindən biri Dieqo Maradona da narkotika aludəçisidir. Futbolçu olduğu zamanlarda da o bu vərdişindən əl çəkə bilmirdi. Bir çox zamanlarda bu səbəbdən o çıxışlarında da narkotika qəbul etdiyini deyib.
Naibə
Cebhe.info