Kamran Əliyev və Səbinə Əliyeva arasında görüş keçirildi (FOTO)

ÖLKƏ
18:00 / 02.07.2020
2457

İyulun 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Baş Prokuror Kamran Əliyev arasında görüş keçirilib.

Baş Prokurorluqdan HİT.Az-a verilən məlumata görə, tədbir zamanı insan hüquqlarının effektiv təmini baxımından birgə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq vətəndaşlarımızın hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təşkil edilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub.

Görüşdə insan hüquqlarının təmini, müvafiq istiqamətlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin və beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş tövsiyələrin müzakirə olunaraq milli qanunvericiliyə implementasiyası istiqamətində əməkdaşlıq imkanlarından danışılıb.

Tədbir zamanı hüquq pozuntularının, ehtimal olunan işgəncə və digər qeyri-insani rəftar hallarının qarşısının alınması məqsədilə hüquq mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin təşkili prosesində yeni yanaşmaların tətbiqi imkanları istiqamətində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Görüşdə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin qəbulu zamanı, habelə istintaq orqanları tərəfindən başlanmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların və əlililiyi olan şəxslərin özləri, onların ailə üzvləri və vəkillərinin ərizə və müraciətlərində yer alan məsələlər də əsas müzakirə mövzusu olub.

Qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada və hallarda qanunların icra və tətbiqinə nəzarətin təşkili səviyyəsinin artırılması, bu sahədə prokuror nəzarəti vəziyyətinin öyrənilməsi, müəyyən olunan hüquq pozuntularının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi, metodiki tövsiyələrin, hesabatların hazırlanması istiqamətində əməkdaşlıq imkanları dəyərləndirilib.

1