Bibiheybət yolunda işlər yekunlaşır (VİDEO)

ÖLKƏ
04:21 / 15.05.2020
1054

Hazırda yenidən qurma və bərpa işləri xarici mütəxəssislərin iştirakı ilə hazırlanan bərpa layihəsinə uyğun olaraq həyata keçirilir.

Yamacın alt hissəsində yerləşən Buxta-3 küçəsi boyu 8 metr hündürlüyündə iki cərgə olaraq svay əsaslı istinad divarı inşa olunub.

Bu işlər yekunlaşdıqdan sonra yamacın üst hissəsində də istinad divarlarının inşası aparılır. Bu işlər artıq yekunlaşmaq üzrədir. Bundan başqa istinad divarında yağış və səth sularının kənarlaşdırılması üçün divarın eni boyunca xüsusi borular atılıb, kanalizasiya sistemi qurulub və drenaj xətləri çəkilib.

Xatırladaq ki, ötən ilin noyabr ayının sonlarında bu yolun çökməsi nəticəsində yolda nəqliyyatın hərəkəti dayandırılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib. Yolun uçması nəticəsində Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi torpaq qatının altında qalıb.

0
Realtv.az