Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü

DÜNYA
23:04 / 02.07.2020
1407

Rusiyada azərbaycanlı iş adamı koronavirusdan ölüb. APA nın Moskva müxbirinin verdiyi məlumata görə , Moskva vilayətinin İstra rayonunda yaşayan 49 yaşlı Rövşən Muradov COVID-19 virusundan həyatını itirib.

Moskva vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin fəal üzvü olan Rövşən Muradov Azərbaycan diasporunun xeyriyyəçi simalarından olub.

Həmyerlimiz dünən Moskva vilayətinin Krasnoqorsk şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhumun anasının da iki həftə əvvəl həmin xəstəxanada koronavirusdan həyatını itirdiyi bildirilib.

Azərbaycanlı iş adamının cənazəsi dəfn olunmaq üçün Bakıya göndərilib.

1