Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6976 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 495 min 828-ə çatıb.
Bu barədə HİT.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8031-ə bərabərdir. Xəstələrdən 241 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.