Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum gününü təbrik edib.
HİT.Az xəbər verir ki, Ağalarov bu barədə öz "Instagram" səhifəsində paylaşım edib:
“Ad günün mübarək, Leyla. Sən əsl dost, heyrətamiz ana və həyat yoldaşısan. Heç nə səni dayandıra bilməz”.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün 35 yaşını qeyd edir.