Heç kim məni işdən çıxarmayıb - Hüsniyədən Nuraya cavab

MAQAZİN
20:46 / 03.07.2020
1494

"Şirkətlərdən birində "Film & Media Production" departamentinin direktoru vəzifəsində çalışıram. Şirkət dünya miqyaslı tədbirləri (əsasən idman) ölkəmizdə keçirməklə məşğuldur. Dəhşətli dərəcədə xoşum gəlir buradan. Sonuncu dəfə bu qədər razı olduğum yer manatın avroya “xod” getdiyi vaxtlarda olub".

Bu sözləri aparıcı Hüsniyyə Məhərrəmova sosial şəbəkədə yazıb. O, yazdığı statusa görə AzTV-dən qovulması barədə yayılan xəbərlərə belə münasibət bildirib:
"Sanki ölkənin ən yaradıcı beyinləri bura yığılıb. Hamı gənc, savadlı, işini bilən, sağlam insanlardı. Əla direktorum var. Bizimlə birgə işin hər bir prosesində iştirak edir. Ona işlə bağlı söz demək üçün qəbuluna yazılıb, telefonu təhvil verib, böyük kabinetə girməyə ehtiyac yoxdur.

Bunları yazmağımda məqsəd eşitdiyim əsaslanmamış söz-söhbətə son qoymaqdır. İşləyirəm və heç kəs məni heç yerdən çıxarmayıb. Ümumiyyətlə, bu vaxta qədər heç kim məni işdən uzaqlaşdırmayıb. Hər yerdən öz istəyimlə, ərizəmi yazaraq, sülh yolu ilə ayrılmışam.

Nə qədər hazırkı yerimdən məmnun olsam da, indidən deyim ki, qarşıda başqa işlər, planlar, perspektivlər var. Bir müddət sonra buradan da ayrılmalı olacam.

Başa düşürəm, karantindir, boş vaxtınız həmişəkindən daha çoxdur, amma belə söz-söhbətlərə vaxtınızı itirməyin".

Qeyd edək ki, ötən gün müğənni Nura Suri Hüsniyə ilə bağlı "Hüsniyyə Məhərrəmovanı da yazdığı statusa görə işdən çıxarıblar. Demokratiya sözünün mənasını bilirsiniz? Demokratik ölkədə yaşayırıq biz" sözlərini bildirib.

0
Musavat.com