Bakı meriyası təcili yardıma aydınlıq gətirdi: Hər gün..

19:50 / 03.07.2020
1050

Bugün Bakı Şəhər İcra Hakimiyyətinə təcili tibbi yardım çağırılması və işçilərdən COVİD-19 testinin göstərilməsi ilə bağlı məlumat yayılıb.

Məsələni aydınlaşdırmaq və vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Meriyanın mətbuat xidməti ilə əlaqə saxladıq.

BŞİH-nin mətbuat katibi Mətin Hüseynov Cebhe. info-ya açıqlamasında bildirib ki, onlar bu testləri mütəmadı olaraq verir:

"Biz gün ərzində müxtəlif ərazilərdə oluruq. Buna görə işimizlə əlaqədar olaraq, sadəcə bu gün deyil, tez-tez testlər veririk. Test nəticələrinin pozitiv çıxması halı isə hələlik olmayıb".

 

0