“Təcili Tibbi Yardımın əsas vəzifəsi insanları xəstəxanalara çatdırmaq və poliklinikalara təhkim etməkdir”.
HİT.Az-ın verdiyi xəbərə görə, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, buna görə xüsusi koordinasiya qrupu yaradılıb: “Ora həm Səhiyyə Nazirliyi, həm də TƏBİB daxildir. Çox yaxşı koordinasiya da edirlər”.
Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov əlavə edib ki, artıq evdə müalicə olunanlara dərmanların çatdırılmasına başlanılıb.