Dövlət qurumunun 5 tenderi ləğv edildi

İQTİSADİYYAT
19:29 / 04.07.2020
1414

"Azərişıq” ASC tərəfindən keçirilən müxtəlif rayonlarda “10 kV-luq hava xəttinin, 25/63/100/160/250/400 kVA gücündə KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması” tenderləri ləğv edilib.

FED.az xəbər verir ki, Ağdamın Əfətli, Küdürlü, Hacıməmmədli, İsalar, Hacıturalı, Qəhrəmanbəyli, Həsənxanlı, Məmmədbağırlı kəndlərində (tender1), Gədəbəyin Əyrivəng və Qasımlı kəndlərində (tender2), Goranboyun Buzluq kəndində (tender3), Şəmkirin Bayramlı kəndində (tender4) və Qazaxın Kəmərli kəndində (tender5) görüləcək işlər üçün elan edilmiş açıq tenderin iddiaçıların sayı 3 (üç)dən az olduğu üçün "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 maddəsini əsas götürərək Tender komissiyasının qərarına əsasən tenderin davamından imtina olunub.

0